FHN Xocasəndəki yanğınla bağlı məlumat yaydı


19:06     21 İyun 2020 fhn-00321.jpg

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Xocasən qəsəbəsində 1000 m² sahəyə yığılan taxta taralar, yaxınlıqda, hər birinin ümumi sahəsi 200 m² olan iki fərdi yaşayış evinin dam örtüklərinin yanar konstruksiyaları ümumilikdə 19 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 480