ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb - 11 nəfər yaralanıb


20:57     21 İyun 2020 2020/06/usa_police_050213_1_1592758735.jpg

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) atışma baş verib.

Femida.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə yerli polis departamentinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb: "Hannepin küçəsində baş verən atışma nəticəsində 12 nəfər yaralanıb. Yaralananlardan 1 nəfər daha sonra vəfat edib".

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 554