Baş Prokurorluq Abşerondakı həbslərlə bağlı məlumat yayıb


10:49     22 İyun 2020 Prokurorluq%20yen%20%20070714.jpg

Baş Prokurorluq Abşeron rayonunda məmur həbsləri ilə bağlı məlumat yayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-A verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.

"Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur. Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur", - deyə məlumatda bildirilir.

Açar sözlər:

Oxunub: 599