Narkotik alverçiləri və qanunsuz silah gəzdirən şəxs tutulub
12:21 22 İyun 2020
Hacıqabulda narkotik alverçiləri və qanunsuz silah gəzdirən şəxs saxlanılıb.
Femida.az -ın məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində taksi fəaliyyəti ilə məşğul olan Şirvan sakini, 1974-cü il təvəllüdlü Həsənov Aqil Ramiz oğlu saxlanılaraq üzərinə baxış zamanı ondan 5,481 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Keçirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, həmin narkotik vasitəni Şirvan sakini, 1982-ci il təvəllüdlü Mikayılov Ramin Əlizadə oğlu 50 manat müqabilində əvvəlcədən satması barədə razılığa gəldiyi Hacıqabul sakini, 1983-cü il təvəllüdlü Alışov Şahmar Alxan oğluna tanışı olan taksi sürücüsü A.Həsənova verib. Hər 3 şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Hacıqabul RPŞ-nin digər əməliyyat tədbirləri çərçivəsində əvvəllər məhkum olunan Hacıqabul sakini, 1961-ci il təvəllüdlü İmanov Xaləddin Ağamməd oğlundan 16 kalibrli “ZK” modelli, lüləsi və qundağı kəsilən təklülə- “obrez” aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 565
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb