Milli Məclisin plenar iclasları iyulun 5-dək təxirə salınır


12:33     22 İyun 2020 Milli-meclis-1.jpg

Milli Məclisin fəaliyyəti sərtləşdirilmiş karantin rejiminə uyğunlaşdırılır.

Femida.az -ın məlumatına görə, bununla əlaqədar Milli Məclisin plenar iclaslarının iyulun 5-dək keçirilməməsi nəzərdə tutulur.

Artıq bununla bağlı Milli Məclisin komitə sədrlərinə və komitə sədrlərinin müavinlərinə məlumat verilib.

Bununla belə, zərurət yaranacağı təqdirdə iclas keçirilə bilər.

Milli Məclisin Aparatına da iyulun 5-dək məhdud sayda işçi cəlb etmək tapşırılıb.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakıda və daha 7 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunub.

Açar sözlər:

Oxunub: 429