Prokurorluq Gəncədə qadının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb
12:50 22 İyun 2020
Bəzi kütləvi informasiya vasitələrində Göygöl rayonunda qadınlar arasında baş vermiş mübahisə zamanı onlardan birinin bıçaqlanması ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluğunun mətbuat xidmətindən Femida.az-A verilən məlumata görə, iyunun 21-də saat 14 radələrində Gəncə şəhər sakini 1991-ci il təvəllüdlü Rəvanə Novruzovanın bıçaqlanaraq “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü İlqam Əliyevin aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı R.Novruzovanı bıçaqlamasına şübhələr üçün əsaslar müəyyən edilib.
Hazırda İ.Əliyevin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxunub: 538
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokurorluq Tərtərdə 21 yaşlı gəncin qətli barədə məlumat yayıb
- Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb
- Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
- Prokurorluq Saatlıda qardaşını öldürən şəxslə bağlı məlumat yayıb
- Prokurorluq partiya üzvünün faciəvi ölümü ilə bağlı məlumat yayıb