Tovuzda maşınla vurulan 9 yaşlı uşaq ölüb


13:24     22 İyun 2020 qeza_yeni.jpg

Daxili İşlər Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 19-da saat 19 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində Ağstafa rayon sakini R.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş azyaşlı iyunun 20-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 257