Şirvanda cibgirlik edən iki bacı tutulub


13:26     22 İyun 2020 qadin%20ogur.jpg

Sabirabad sakininin cibindən pul oğurlayan iki bacı tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 17-də Sabirabad rayon sakini M.Aslanlının cibindən 1100 manat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri olan iki bacı saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 545