Abşeron İcra Hakimiyyətində əməliyyat keçirilib? - RƏSMİ AÇIQLAMA


14:53     22 İyun 2020 2020/06/55d7d1ad-216c-4517-a842-bbcf0f43ad4e_1592823276.jpg


Abşeron Rayon İcra Hakimiyyəti qurumun binasında əməliyyat keçirilməsi və müavinlərin həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Femida.az xəbər verir ki, məlumatda deyilir:

"Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin binasında əməliyyat axtarış tədbirləri həayta keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib. Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat xidməti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazıra müavinlərin hər biri iş başındadır.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayaraq bilirir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır: “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur".

Femida.az

Açar sözlər: #Abşeron   #icra  

Oxunub: 1799