Bakıda narkotik bitkilər əkib-becərən şəxs saxlanıldı


15:22     22 İyun 2020 hebs5.jpg

Bakı sakinindən narkotik götürülüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Xəzər rayonu Şüvəlan qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən qəsəbə sakini Baloğlan Babayev saxlanılıb.

Ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 64 kq 269 qram olan 117 ədəd çətənə kolu, 81,781 qram qurudulmuş marixuana və 45 qram çətənə bitkisinin toxumu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, Baloğlan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 578