Dünyada turizmə 195 milyard dollar ziyan dəyib
19:10 22 İyun 2020
2020-ci ilin ilk dörd ayı ərzində dünyada turizm gəlirləri ötən ilin əvvəli ilə müqayisədə 195 milyard dollar azalıb.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, yanvar-aprel aylarında digər ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb.
Təşkilatın proqnozlarına əsasən, 2020-ci il ərzində turistlərin sayı 850 milyon – 1,1 milyard nəfər, turizm gəlirləri isə 910 milyard – 1,2 trilyon dollar azala bilər.
Qeyd edək ki, 2019-cu ildə digər ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfərə çatmışdı. Bu, 2018-ci illə müqayisədə 4 faiz çox idi.
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- ÜST: Dünyada meymunçiçəyinə yoluxma artır
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Dünyada koronavirusa yoluxma sayı 490 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb
- Dünyada koronavirusa yoluxma sayı 480 milyonu ötüb
- Dünyada koronavirusa yoluxanların sayı 470 milyonu ötüb
- Ötən il dünyada 10 milyon insan vərəmə yoluxub