Azərbaycanda daha 478 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü


19:41     22 İyun 2020 20_06_22_1592841153.jpg


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 478 yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib. Aktiv xəstə sayı 5878 nəfərdir.

Ötən müddət ərzində 426 min 394 test aparılıb. Bugünkü test sayı isə 4345-dir.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 2257