Ölkədə koronavirusdan sağalanların sayı 7 mini ötüb


19:53     22 İyun 2020 20_06_22_1592841233.jpg

Azərbaycanda indiyədək koronavirusa yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib. Aktiv xəstə sayı 5878 nəfərdir.

Femida.az

Açar sözlər: #sağalma   #koronavirus   #səhiyyə  

Oxunub: 793