TƏBİB: Hazırda 168 koronavirus xəstəsi reanimasiyadadır


21:28     22 İyun 2020 20_06_22_1592846915.jpg


Azərbaycanda koronavirusla bağlı 22 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Femida.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4345 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 426 394-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 168, süni tənəffüs cihazında olan xəstə sayı 35-dır.

Hazırkı dövrədək ölkəmizdə 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib. Aktiv xəstə sayı 5878 nəfərdir.

Femida.az

Açar sözlər: #TƏBİB  

Oxunub: 376