Prokurorluq Qobustandakı qətllə bağlı məlumat yaydı
10:11 23 İyun 2020
İyunun 22-də saat 07 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində 1974-cü il təvəllüdlü Elman Cabarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Qobustan rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin Qobustan rayon sakini, 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 623
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açılıb
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə qardaş bacısını qətlə yetirib