Karantini pozan 1 291 nəfər cərimələndi


11:43     23 İyun 2020 20_06_23_1592898241.jpg


Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 22.06.2020-ci il saat 00:00-dan 23.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 029 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 262 nəfər olmaqla ümumilikdə 1 291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Bu barədə Femida.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər şəxs aşkar edilib.

Femida.az

Açar sözlər: #kartantin   #dyp   #polis   #cərimə  

Oxunub: 1953


Oxşar xəbərlər