Bakıda koronavirus ən çox bu ərazidə yayılıb - STATİSTİKA


12:31     23 İyun 2020 20_06_23_1592901129.jpg


Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Femida.az xəbər verir ki, statistika koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxma sayına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Burada yoluxma 12,3 faiz təşkil edir. Yasamal və Xətai rayonlarında yoluxma 12,2 faiz olub.

Eyni zamanda, Sabunçu rayonunda 11,7 faiz, Nəsimi rayonu üzrə 10,9 faiz, Suraxanı rayonunda 9,2 faiz, Nərimanov rayonunda 8,8 faiz, Nizami rayonunda 7,9 faiz, Qaradağ rayonunda 6,0 faiz, Xəzər rayonunda 4,3 faiz, Səbail rayonunda 4,2 faiz və Pirallahı rayonu üzrə isə 0,3 faiz yoluxma faktı qeydə alınıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 839