8 şəhər və rayonda işsizlərə 190 manat veriləcək - QƏRAR
14:02 23 İyun 2020
Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərar qəbul edib.
Femida.az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.
Ödəmə iyun ayı üçün nəzərdə tutulur.
Femida.az
Oxunub: 837
Oxşar xəbərlər
- 85 nəfərin olduğu hərbi təyyarə qəzaya uğradı, ölənlər var
- 85 889 nəfər vaksinasiya olundu
- 8 mart Beynəlxalq Qadınlar Günüdür
- 8 il qoruduğu zirvə uğrunda şəhid olan mayor - REPORTAJ
- 8 qanun layihəsi bu il müzakirəyə çıxarılmayacaq
- 80 nəfər jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi iddiaları ilə bağlı rəsmi açıqlama
- 85 yaşlı qadının Ermənistanda işgəncələrə məruz qaldığı məlum olub
- 820 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
- 86 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 89 yeni yoluxma - 207 nəfər sağalıb