Milli Məclisin iclasının gündəliyindən bir qanun layihəsi çıxarıldı


16:44     23 İyun 2020 milli-meclis.jpg

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin müzakirəsi yenə də təxirə salınıb.

Femida.az xəbər verir ki, sənəd Milli Məclisin iyunun 23-dən iyunun 25-nə vaxtı dəyişdirilən plenar iclasının gündəliyindən çıxarılıb.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi Milli Məclisin iyunun 23-də təxirə salınan iclasının gündəliyinə daxil edilmişdi. Həmin iclasın gündəliyində 17 məsələnin müzakirəsi nəzərdə tutulurdu.

Femida.az

Açar sözlər:

Oxunub: 577