Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq


16:45     23 İyun 2020 konstitusiya%20mehk%20sok%20qerar.jpg

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 15-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 407-ci (Müqavilənin bağlanması anı) maddəsinin 2-ci bəndinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1080