Məhkəmə avtobus sürücüsünə bəraət verdi


17:00     23 İyun 2020 1398947325_mehkeme3.jpg

Bu gün Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaməddin Cəfərovun barəsindəki hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Ş. Cəfərovun vəkili Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Ş. Cəfərovun əməlində cinayət cinayət tərkibi olmadığı üçün barəsində bəraət qərarı çıxarılıb və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini Ş.Cəfərovun idarə etdiyi "Daewoo" markalı 208 saylı xətt avtobusu paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində ölüb. Qəzadan sonra sərnişin avtobusunun sürücüsü Ş.Cəfərov hadisə yerindən yayınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin sürücü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə, sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 666