Leyla Əliyevanın dəstəyi ilə tələbə əlil arabasından qurtuldu


17:27     23 İyun 2020 leyla%202.jpg

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub.


Femida.az -ın məlumatına görə, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. 3-cü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda 4 dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub. Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

Açar sözlər:

Oxunub: 1142