FHN əməkdaşlarının hüquqları artırılır


19:23     23 İyun 2020 fhne.jpg

Nazirlər Kabineti “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Femida.az -ın məlumatına görə, dəyişikliyə əsasən, "Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası"nın müddəaları Fövqəladə Hallar Nazirliyinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə şamil ediləcək.

Qüvvədə olan qərara əsasən, indiyə qədər bu, Respublikası Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə şamil edilib. Beləliklə, bu sıraya FHN əməkdaşları da daxil edilib.


Eyni zamanda əlavə güzəştlər və kompensasiyalar şamil olunan Fövqəladə Hallar Nazirliyi fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin adbaad qeydiyyatı və onların fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirakı müddətinin müəyyən edilməsi qeyd edilən şəxslərin işlədikləri (xidmət keçdikləri) müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş Silahlı Qüvvələrin növlərinin komandanlarının (onlara bərabər və ya onlardan yuxarı səlahiyyəti olan rəislərin) əmrləri əsasında həyata keçiriləcək.

İndiyə qədər bu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə aid idi.

Açar sözlər:

Oxunub: 391