Ağstafada 4 otaqlı ev yanıb


20:57     23 İyun 2020 20_06_23_1592927886.jpg

Ağstafada 4 otaqlı evdə yanğın olub.

Femida.az -ın FHN-nin saytına istinadən məlumatına görə, hadisə rayonun Göycəli kəndində qeydə alınıb. Ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 688