Türkiyədə koronavirusdan ölüm sayı 5 mini keçib


21:50     23 İyun 2020 20_06_23_1592933551.jpg

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 42 982 şübhəli koronavirus testindən keçib, onlardan 1268-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1315 xəstə sağalıb.


Türkiyədə yeni növ koronavirusdan indiyədək 5001 nəfər ölüb, 190 165 nəfər bu infeksiyaya yoluxub, 162 848 nəfər isə müalicə olunub. Fəxrədiin Qoca bildirib ki, toplam test sayı 3 milyonu keçib.

Açar sözlər:

Oxunub: 711