“Atletlər kəndi”ndə xəstələrə baxılmaması iddiasına cavab


10:00     24 İyun 2020 atletler%20kendi1.jpg

"Atletlər kəndi" karantin müəssisəsidir. Ora simptomsuz və ya yüngül simptomlu xəstələr yerləşdirilir. Xəstələrə baxılmaması məsələsi yoxdur".

Bunu Femida.az-a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş və "Atletlər kəndi"nə yerləşdirilən jurnalistlərlə bağlı məlumatlar diqqətdə saxlanılır.

“Onların müayinəsi üçün həkimlər gediblər. Hazırda vəziyyətlərinin necə olduğunu bilmirəm. Əgər ağır vəziyyətdə xəstələrdirsə, onlar müalicə müəssisəsinə yerləşdiriləcəklər”.

Qeyd edək ki, koronavirus testləri pozitiv çıxan jurnalistlər Nigar Abdullayeva, qardaşı Müşfiq Abdulla və həyat yoldaşı "Atletlər kəndi"nə yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1339


Oxşar xəbərlər