Balakəndə narkotacir saxlanıldı


10:14     24 İyun 2020 hebs5.jpg

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub.

Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndinin ərazisindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi 1 ədəd sintetik torbada 6 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1171