Nikah şəhadətnaməsində cütlüyün qohumluq əlaqələri yazılacaq
10:53 24 İyun 2020
Nazirlər Kabineti “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
Femida.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib.
Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq.
Həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.
Femida.az
Oxunub: 1531
Oxşar xəbərlər
- Nikaha daxil olmaq istəyən şəxslərin NƏZƏRİNƏ - QANUN DƏYİŞDİ
- Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qayda dəyişir
- Nikahın ləğvinə dair iddia ərizəsi necə yazılır? - NÜMUNƏ
- Nikahından sonra xarici pasportunda soyadı dəyişməyən şəxs ölkəni tərk edə bilərmi?
- Nikaha daxil olmaq istəyən 542 nəfərdə QİÇS aşkarlanıb
- Nikahdan öncə bunları bilmək mütləqdir - Hüquqi maarifləndirmə
- Nikahdankənar doğulan uşaqlara aliment necə verilməlidir? - QANUNDAN ÇIXARIŞ
- Nikah və boşanmaların sayı açıqlanıb
- Nİkaha girmək istəyən 11 nəfərdə QİÇS tapıldı
- Nikahsız kəbin kəsdirənlər cəzalanacaq - VİDEO