DİN: Koronavirusa yoluxan polislərdən sağalaraq evə buraxılanlar var


11:12     24 İyun 2020 2020/02/din_yeni12_1580995028.jpg

Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusdan sağalaraq evə buraxılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Femida.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşları müalicələrini davam etdirirlər: “Bildiyiniz kimi, xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da oldu. Onlardan sağalıb evə buraxılanlar da var, hazırda xəstəxanalarda müalicə alanlar da var. Lakin həmin polis əməkdaşlarının sayını deyə bilmərəm”.

Açar sözlər:

Oxunub: 556