Azərbaycan hərbçiləri Moskvada keçirilən hərbi paradda iştirak edirlər
11:13 24 İyun 2020
Moskvadakı Qırmızı Meydanda Böyük Vətən müharibəsində əldə edilmiş Qələbənin 75 illiyi şərəfinə hərbi parad keçirilir.
Femida.az-ın verdiyi məlumata görə, hərbi paradda 13 mindən çox hərbi qulluqçu, 216 ədəd yerüstü hərbi texnika, 75 təyyarə və helikopter iştirak edir.
Azərbaycan, Belarus, Özbəkistan, Hindistan, Qazaxıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan və Türkmənistan parada nümayəndə heyətlərini göndərib.
Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik edir.
Qeyd edək ki, parad mayın 9-da keçirilməli idi, lakin koronavirus pandemiyası ilə əlaqədar iyunun 24-ə təxirə salınmışdı. Yeni tarix isə 24 iyun 1945-ci ildə Qırmızı Meydanda tarixi Qələbə Paradının keçirilməsinə həsr olunub.
Femida.az
Oxunub: 705
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)