Beyləqanda 22 yaşlı gənc xilas edildi


12:20     24 İyun 2020 2020/06/water_kanal_020512_1592986572.jpg

Beyləqan rayonunda gənc oğlan su kanalında boğulma təhlükəsilə üzləşib.

Femida.az-ın məlumatına görə, rayon sakini, 1998-ci il təvəllüdlü Elçin Verdiyev ötən gün 19:40 radələrində Şahsevən kəndi ərazisində keçən su kananılın bəndində huşsuz vəziyətdə aşkar edilib.

O, təcili Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 353


Oxşar xəbərlər