Şirvan İcra Hakimiyyətinin vəzifəli əməkdaşı rüşvət alarkən yaxalandı
14:31 24 İyun 2020
Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Bu barədə Femida.az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3 000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1452
Oxşar xəbərlər
- Vətəndaşdan rüşvət alan məmurların cinayət işinin ibtidai istintaqı yekunlaşıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Azərbaycanda vətəndaşı rüşvət verməyə təhrik edən şəxs həbs olunub
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Şirkət rəhbəri: “Vilyam Hacıyevə 1 milyondan artıq rüşvət vermişəm”
- Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib
- Sahibkar: "Tikinti üçün Vilyam Hacıyevə 2 min manat rüşvət verdim"
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib