Vüqar Gülməmmədov: “Həmin şəxslər haqqında lazımi tədbirlər görülmür”


15:46     24 İyun 2020 20_06_24_1592998939.jpg


“Ölkə rəhbərinin vəzifəyə təyin olunan hər kəsə, eləcə də hal-hazırda rəhbər vəzifələrdə çalışan şəxslərə yönəlmiş bu tapşırıqlar əsas vəzifə kimi qəbul edilməli, rəhbərlik və idarəetmə bu prinsiplər əsasında qurulmalıdır. Cənab Prezidentin tələb və göstərişləri, həmçinin dövlət maliyyəsi sahəsində şəffaflığın təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlar indiki dövrdə xüsusilə önəmlidir”.


Femida.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, hər bir rəhbər şəxs dövlət maliyyəsinin idarə edilməsi üçün çox ciddi daxili nəzarət sistemi qurmalı, vəsaitlərin qənaətli istifadəsi sahəsində əməli addımlar atmalıdır ki, sonradan hər hansı neqativ halların yaranmasına yol verilməsin.

“Bir narahatedici faktı da deyim ki, pozuntu aşkarlanmış təşkilatların rəhbərləri tərəfindən dövlət vəsaitinə cavabdeh şəxslərə qarşı nöqsanların xarakterinə və həcminə uyğun tədbirlər görülmür. Təsəvvür edin ki, 20-25 min manat məbləğində artıq vəsait icrasına yol vermiş şəxslərə qarşı, mən hələ daha böyük məbləğləri demirəm, heç bir intizam tədbirinin görülməməsinə nə ad vermək olar? Həmin məsul şəxslərin çox rahatlıqla fəaliyyətlərini davam etməsi və növbəti illərdə də həmin pozuntuların təkrarlanması, görülən işlərə mənfi təsir etməsi fonunda müəssisə rəhbərlərinin bu şəxslərə qarşı davranışlarını anlamaqda suallar doğurur”.

Femida.az

Açar sözlər: #hesablama   #palata   #pozuntu  

Oxunub: 737