Palata sədri: “Normativ-hüquqi aktlar yenilənməlidir”


15:55     24 İyun 2020 20_06_24_1592999097.jpg


“Son illərdə aparılan tədbirlər və tədbirlərin nəticələri üzrə təhlillər göstərir ki, dövlət vəsaitlərinin icrasını tənzimləyən normativ-hüquqi aktların yenilənməsinə, təkmilləşdirilməsinə, ümumiyyətlə bu bazanın genişlənməsinə ciddi zərurət var”.


Femida.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, qanunun fəaliyyətə deyil, fəaliyyətin qanuna uyğunlaşması lazımdır: “Vəsaitlərin səmərəli və nəticəli istifadəsi, ilk növbədə, həmin vəsaitlərin qanunauyğun istifadəsindən keçir. Bu baxımdan həmin vəsaitlərin istifadə istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə şərait yaradan, norma müəyyən edən hüquqi baza nə qədər geniş və əhatəli olarsa, vəsaitlər bir o qədər də qanunauyğun icra edilər. Normativ-hüquqi bazanın təkmilliyi, həmçinin vəsaitlərin icrası üzərində nəzarətin də fəaliyyətinə yardımçı olur, bu fəaliyyətin effektivliyini yüksəldir. İkinci əsas məsələ, dövlət maliyyə nəzarətinin bütün mərhələlərində vahid yanaşma və bir-birini tamamlayan daxili və kənar nəzarət sistemlərinin əlaqələndirilməsi ilə bağlıdır. Nəhayət sonuncu istiqamət, hər bir təşkilatın fəaliyyətinin nəticə göstəriciləri əsasında qurulması, strateji sənədlərdəki hədəflərə uyğun müəyyən edilməsi və fəaliyyətlə bağlı mütəmadi hesabatlılığın təşkili və məsuliyyətin adekvatlığından keçir.”

Femida.az

Açar sözlər: #VüqarGülməmmədov  

Oxunub: 1450


Oxşar xəbərlər