Gəncə sakinindən 5 kq-a yaxın narkotik götürülüb


16:05     24 İyun 2020 20_06_24_1592999155.jpg


Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məmmədovun Kəpəz rayonu ərazisindəki evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu, evindən isə 4 kiloqram 830 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 579