DİN Naxçıvan sakinlərinə müraciət edib
17:13 24 İyun 2020
Daxili İşlər Nazirliyi (DİN) Naxçıvan sakinlərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2020-ci ilin 26 iyun tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130) səyyar xidmət göstəriləcək.
Bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012 590 64 43 telefon nömrəsinə hər gün saat 9:00-dan 19:00-dək zəng edərək, əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.
Xüsusi nömrələrə əsasən vətəndaşların qəbulu növbəli qaydada xüsusi karantin rejimi tələbləri rəhbər tutulmaqla həyata keçiriləcək.
Yaşayış yerini və olduğu yeri tərk emək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə müvafiq SMS məlumat göndərməklə icazə verilən müddət ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə gəlməlidirlər.
İnzibati binaya buraxılmış sosial məsafə gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələb olunmaqla təmin ediləcək.
Femida.az
Oxunub: 674
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib