Gəncədə daha bir “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM


16:45     24 İyun 2020 20_06_24_1593003517.jpg


Prezident İlham Əliyev Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamla Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər: #ASAN   #ASANXidmət   #Gəncə   #sərəncam  

Oxunub: 936