Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib
18:23 24 İyun 2020
Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artaraq 84 100-ə çatıb. Həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.
Yeni qərarla, sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi müddəti uzadılıb.
Oxunub: 623
Oxşar xəbərlər
- Ünvanlı dövlət sosial yardımın məbləği artdı (RƏSMİ)
- Ünvanlı sosial yardımlar bu tarixdə ödəniləcək
- Ünvanlı sosial yardım iyulun 17-də ödəniləcək
- Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb
- Ünvanlı dövlət sosial yardımının məbləği artıb
- Ünvanlı yardımların əhatə dairəsi genişləndiriləcək
- Ünvanlı sosial yardım necə təyin edilir? - Hüquqi maarifləndirmə
- “110 manat ünvanlı yardım” xəbərinə nazirlikdən münasibət
- Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənilib
- Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik edilib