Polis kafedə əməliyyat keçirib


18:46     24 İyun 2020 20_06_24_1593007275.jpg

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan olunmuş xüsusi karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb.

DİN mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman Xırdalan şəhəri, “köhnə bazar” adlanan ərazidə “Pivnuşka” adlı kafenin fəaliyyət göstərdiyini aşkar ediblər.

Kafeyə baxış keçirən polis əməkdaşları orada müştəri qismində əyləşən 4 nəfəri və obyekti icarə əsasında işlədən Ömər Hacıyevi saxlayıblar.

Saxlanılan şəxslərin bəziləri cərimə olunublar.

Məhkəmənin qərarı ilə Ömər Hacıyev 20, Elnur Bilalov və Kamil İskəndərov isə 6 sutka həbs edilib.



Açar sözlər:

Oxunub: 820