Azərbaycan və İraq XİN başçıları arasında telefon danışığı olub


19:16     24 İyun 2020 xin%20nazirr.jpg

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun İraqın Xarici İşlər naziri Fuad Hüseynlə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əlaqələrin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb, habelə münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Tərəflər habelə ümumdünya sağlamlıq böhranı ilə bağlı mövcud vəziyyət və hər iki ölkə tərəfindən bu xüsusda görülən tədbirlər barədə fikirlərini bölüşərək, qlobal pandemiya şəraitində qarşılıqlı yardımın və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazirlər çoxtərəfli platformalarda mövcud əməkdaşlığın bundan sonra da davam etdirilməsinə razılaşıblar.

Açar sözlər:

Oxunub: 638