Qazaxıstanın 22 vətəndaşı Bakı Limanından ölkəsinə yola salınıb


19:42     24 İyun 2020 20_06_24_1593009775.jpg

Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 22 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 10 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Bakı Limanından Femida.az-a verilən məlumata görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Professor Gül" bərə gəmiləri ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

Açar sözlər:

Oxunub: 439