Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb


21:52     24 İyun 2020 20_06_24_1593018681.jpg

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.

Femida.az -IN xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra belə bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 53486 şübhəli koronavirus testindən keçib, onlardan 1492-nin cavabı pozitiv çıxıb. Bu gün 1386 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5025 nəfər ölüb, 191657 nəfər bu infeksiyaya yoluxub, 164234 nəfəri isə müalicə olunub.

Açar sözlər:

Oxunub: 428