Yevlaxda karantin qaydalarını pozan 30 nəfər cərimələnib
10:12 25 İyun 2020
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 30 nəfərə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər müəyyən olunmuş karantin rejimi dövründə davam etdiriləcək.
Oxunub: 537
Oxşar xəbərlər
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Yevlaxda narkotacirlər saxlanılıb
- Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb
- Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var
- Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb
- Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var
- Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb