Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri koronavirusa yoluxub


10:22     25 İyun 2020 20_06_25_1593066201.jpg

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.

Femida.az -ın məlumatına görə, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.

Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib.

Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.

Açar sözlər:

Oxunub: 346