Kərəm Mustafayevə general-polkovnik rütbəsi verildi
13:52 25 İyun 2020
General-leytenant Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik hərbi rütbəsi verilib.
Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.
Qeyd edək ki, K.Mustafayev 1 iyul 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirlərİ Məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 22.06.2006-cı il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25.06.2009-cu il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2011-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" 3-cü dərəcəli və 24.06.2014-cü il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordenləri ilə təltif olunub.
2014-cü il mayın 14-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.
Femida.az
Oxunub: 1301
Oxşar xəbərlər
- Kərəm Mustafayev Türkiyədə Hulusi Akarla görüşdü
- Kərəm Həsənova PA-da vəzifə verildi
- Kərəm Həsənov vətəndaşları qəbul edib
- Kərəm Həsənov İmişlidə vətəndaşları qəbul edəcək
- Kərəm Həsənovun qəbul vaxtı dəyişdirildi
- Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək
- Kərəm Həsənov Salyanda qəbul keçirib
- Kərəm Həsənov vətəndaşları qəbul edəcək
- Kərəm Həsənov vətəndaşları qəbul edəcək
- Kərəm Həsənov vətəndaşlarla görüşəcək - TƏLƏSİN