Ləğvetmədə olan bankların kredit portfelinin 58%-i təminatsızdır


14:55     25 İyun 2020 bank18iyul2.jpg

“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu 21 bankın bu günə kredit portfeli 5,2 milyard manat təşkil edir”.

Bunu ADIF-in icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 3,6 milyard manatı əsas borc, 1,6 milyard manatı isə faiz borcudur.

“Kredit portfelinin 58%-i təminatsızdır. Bununla belə, onların bir qismi üzrə ödəniş edilir. Kreditini qaytarmaqda çətinlik çəkən müştərilərlə görüş keçirilir, onların borcunun restrukturizasiya edilməsi istiqamətində tədbirlər görülür”, - T.Piriyev əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 597


Oxşar xəbərlər