Azərbaycanda problemli kreditlər azalıb


16:28     25 İyun 2020 dollarla-krediti-olanlar-ne-etmeli-ekspert-reyi-620x400.jpg

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyunun 1-nə 1 084,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 12% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 14,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 27,4% azalıb.

Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət aprelin sonuna 8,1%, ötən ilin sonuna 8,3%, ötən il mayın sonuna isə 11,3% olub.

Açar sözlər:

Oxunub: 351