Azərbaycan və Polşa XİN başçıları arasında telefon danışığı olub


19:22     25 İyun 2020 XİN%20aciqlama.jpg

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun polşalı həmkarı Yatsek Kşiştof Çaputoviç arasında telefon danışığı olub.


Femida.az-ın xəbərinə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

Telefon danışığı zamanı nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü müzakirə ediblər.

Yatsek Kşiştof Çaputoviç Azərbaycan XİN başçısını əmin edib ki, Polşa bu təşəbbüsü dəstəkləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 727