Velosipedçini vurdu, maşını kanala aşırıb öldü


19:25     25 İyun 2020 masin%20asib%20suya%20dusub.jpg

İyunun 24-də saat 8 radələrində rayonun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakini Sədiyar Eyvazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən qəsəbə sakini Ə.Mehdiyevi vurub.


DİN mtəbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sonra o, idarəetməni itirdiyindən avtomobil Baş Mil kanalına aşırıb.

Sürücü hadisə yerində ölüb, Ə.Mehdiyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

S.Eyvazovun meyiti və avtomobil sudan çıxarılıb.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 462