Şəmkir sakini dərmandan zəhərlənib


20:20     25 İyun 2020 xestexana_875.jpg

Şəmkirdə qadın dərman preparatından zəhərlənib.

Hadisə rayonun Naxırçı kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Quliyeva Nurlanə Azad qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 29 yaşlı qadın əsəbiləşərək normadan artıq əsəb dərmanı içib və özünü zəhərləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 695